Ota Benqanın dramı.
Ota Benga, Kongolu  bir yerliydi, evli və iki uşaq atası idi. 1904-cü ildə, Samuel Verner adında təkamülçü bir tədqiqatçı tərəfindən "tutularaq" Amerikaya gətirildi. Buradakı təkamülçü elm adamları, onu müxtəlif meymun növləri birlikdə qəfəsə qoyaraq "insana ən yaxın ara keçid forması" olaraq nümayiş etdirdilər. Daha sonra isə Nyu-Yorkda bir zooparkda  bir neçə şimpanze, qorilla və oranqutan ilə birlikdə "insanın qədim əcdadları" adı altında eyni qəfəsdə sərgilədilər. Ota Benga, heyvan rəftarı görməyə dözə bilməyərək, bir neçə il sonra intihar etdi.

Darvinistlər yalnız Ota Bengaya deyil, daha bir çox irqdən insana, nəzəriyyələrini isbat etmək üçün bu cür  əziyyətlər tətbiq ediblər. Məsələn, Aborgen yerlilərini öldürərək, kəllələri muzeylərində "insanla meymun arasındakı ara keçid forması" olaraq sərgilədilər. Darvinistlər aşağı irq olaraq gördükləri Aborgenləri, təkamülün "aşağı olanlar yox olacaq" qanununa uyğun gələrək yox etməyə başladılar.

Nəşr etdikləri yazılarda "Avstraliya Heyvanları" olaraq təyin etdikləri Aborgenlər öldürdükdən sonra kəllələri stansiyaya bənzəri yerlərin qapılarına asaraq sərgilədilər.